AZ

​Türkiyə çempionatında baş məşqçi krizi

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə dünyada baş məşqçilərin ən çox dəyişdiyi ölkələrin sırasında birinci yerdə dayanır. Avropanın əksər klublarında baş məşqçilər üç-dörd, bəzən isə beş-altı il eyni klubun sükanı arxasında olsa da, Türkiyədə onları üç-dörd həftə sonra yola salırlar.

Metbuat.az xəbər verir ki, hazırda Trendyol Liqasında 18 komanda yarışır. Arxada qalan 17 həftədə bu 18 komandanın 17-si baş məşqçi ilə vidalaşıb. Erkən ayrılıq "Qaziantepspor"da qeydə alınıb. İki həftə ardıcıl məğlub olan "Qaziantepspor" baş məşqçi İsmet Taşdemiri yola salıb.

Avqustun 29-da isə "Fənərbaxça" dünya şöhrətli baş məşqçi Maurinyonu istefaya göndərib. "Fənərbaxça"nın ardınca "Beşiktaş" da baş məşqçi ilə müqaviləyə son verib. Klub əfsanəvi futbolçu Sərgən Yalçına tapşırılıb.

Çempionatın iki vacib komandasında - "Antalyaspor" və "Gənclərbirliyi"ndə 17 həftədə iki dəfə baş məşqçi dəyişib.

Qeyri-müəyyənlik davam etdiyi üçün dünyanın təcrübəli futbol mütəxəssislərinin çoxu Türkiyədə işləməyə həvəs göstərmirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
metbuat.az

2Mənbələr