AZ

Mürəbbəli çay dərdə dəvamı olur?

Qış aylarında faydalı olan mürəbbələr, ölkəmizin tanıdılmasında da özünəməxsus yerə malikdir. Maraqlıdır, mürəbbənin faydası nədir, meyvəni bişirilmiş şəkildə nə qədər müddət bankada saxlamaq olar, meyvələr bişirilərkən tərkibindəki vitaminlər qalırmı?

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, mürəbbənin qışda yeyilməsinin daha məqsədəuyğundur: "Meyvənin tərkibindəki bioloji aktiv maddələr, vitaminlər konservləşdirilmiş şəkildə qalır və mürəbbədən istifadə zamanı orqanizmə daxil olur. Düzdür, mürəbbələr artıq hər fəsildə yeyilir. Lakin qışda istifadə olunması daha məqsədəuyğundur. Çünki yayda onsuz da meyvələrin bir çoxu təbii halda var, lazım olan vitamini qəbul edirik. Mürəbbəni qışda yeməklə vitamin çatışmazlığının qarşısını almaq olar. Bəzi mürəbbələrin müalicəvi əhəmiyyəti də var. Məsələn, zoğal, moruq mürəbbəsindən soyuqdəymə xəstəliklərində immun sisteminin möhkəmləndirilməsi üçün istifadə edilir".

Sevinc

Seçilən
35
hit.az

1Mənbələr