AZ

Yamal ''yutub''da səhifə açdı və evini göstərdi

''Barselona'' və İspaniya yığmasının gənc ulduzu Lamin Yamal ''yutub''da səhifə açıb. Onun səhifəsinə 2 gün ərzində 1 milyondan çox insan təqib etməyə başlayıb. Hazırda təqibçi sayı 1,1 milyondu.

18 yaşlı futbolçu hələlik səhifədə bir dənə video paylaşıb. Həmin videoda o izləyicilərini öz evi və titulları ilə tanış edir. 2 gün ərzində video 6 milyondan çox baxış toplayıb.

Tanınmış futbolçu həmin videoda həyat tərzi haqda diqqətçəkən acıqlamalar verərək bunları deyib:
''Çalışıram tez yatım ki, gecənin ortasında oyana bilim. Düşünürsüz ki, gecənin ortasında oyananda saata baxıb ''hələ tezdi, bir qədər də yata bilərəm'' deyirəm? Xeyr, gecənin ortasında peçenye yemək üçün oyanıram. Bu, mənim sevimli məşğuliyyətimdi. Ona görə də mənim heç bir qızla münasibətim ola bilməz. Çünki gecənin bir yarısı oyanıram''.
Seçilən
74
football-plus.az

1Mənbələr