AZ

Afrika Millətlər Kubokunda maraqlı məqam: Azarkeşlər matçlara pulsuz daxil olurlar

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Afrika Futbol Konfederasiyası (CAF) Millətlər Kubokunda azarkeşlərə oyun başladıqdan təxminən 20 dəqiqə sonra stadiona pulsuz giriş icazəsi verir.

Oxu.Az xəbər verir ki bu barədə AFP agentliyi CAF-dakı mənbəyə istinadən məlumat yayıb.

Agentlik nümunə olaraq F qrupunun birinci turunda Kamerun və Qabon yığmaları arasında keçirilən oyunu göstərib. Agentliyin qeyd etdiyi kimi, matç başlamazdan əvvəl tribunalar boş olsa da, birinci hissə ərzində dolub. Qarşılaşma kamerunluların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oxşar vəziyyət daha bir neçə oyunda da müşahidə olunub.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda 24 komanda iştirak edir, yarışlar Mərakeşdə keçirilir. Pley-offa qruplarında ilk iki yeri tutan yığmalar, həmçinin üçüncü yerləri tutan ən yaxşı dörd komanda çıxacaq. Turnirin finalı yanvarın 18-də Rabatda baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
oxu.az

1Mənbələr