AZ

Minik maşını ağaca çırpıldı – Sürücü ağır xəsarət alıb – FOTO

Tovuzda ağır yol qəzası olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan Opel markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

 

Seçilən
29
nocomment.az

1Mənbələr