AZ

Emin Hüseynov: Gələn ilin ilk günlərində Xocavəndə köç planlaşdırırıq

Gələn ilin ilk günlərində Xocavənd şəhərinə və Xocavənd kəndinəköç planlaşdırırıq artıq hazırlıq işləri gedir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləriAğdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu gün Ağdam şəhərinə köçürülən ailələri qarşılayaraq bildirib. E.Hüseynov həmçinin bildirib ki, “Bizim işlərimiz həm Ağdam şəhərində həm də Füzuli şəhərində həm də Xocavənd davam edir.Ağdamda dördüncü beşinci yaşayış məhəlləsi tikilməkdədir. Eyni zamanda yaxın vaxtda üçüncü məhəllənin tikintisinə başlayacağıq. Gələn ilin ortalarında da birinci məhəllənin tikintisinə başlanılacaq.Füzuli şəhərində çox əhali yaşayır bu günə.Ancaq Ağdam şəhəri bir azdan önə keçəcək. Eyni zamanda Füzuli şəhərində ikinci və üçüncü yaşayış kompleksinin tikintisini də planlaşdırırıq gələn il ərzində. Gələn ilin ilk günlərində Xocavənd şəhərinə köç planlaşdırırıq artıq hazırlıq işləri gedir. Və tezliklə bizim əhalimiz geri qayıdacaq həm Xocavənd şəhərinə həm də Xocavənd kəndinə. Və bu proses gələn il ərzində fasiləsiz olaraq davam edəcəkdir.
Ağdam şəhərinin bu günü bizim hamımızı qürurlandırır və biz ümid edirik ki, şəhər əhalisi sürətlə artacaq və Ağdam şəhəri köhnə şan şöhrətini geri qaytaracaq”

Seçilən
27
teleqraf.com

1Mənbələr