AZ

​“WhatsApp” söhbətlərində yenilik edildi

“WhatsApp” telefon yaddaşını dolduran söhbətlərin silinməsinə dair yeni həll yolu irəli sürüb.Metbuat.az xəbər verir ki, yeniliyə əsasən istifadəçilər yaddaş problemini aradan qaldırmaq üçün artıq söhbəti tamamilə silmək məcburiyyətində qalmayacaq. Yenilik iOS beta versiyasında müşahidə edilib. Yeni funksiya sayəsində mətn mesajlarını saxlayıb, yalnız video və ya fotoşəkilləri seçərək onları bir kliklə silmək mümkün olub.

Qeyd edək ki, bundan əvvəl “WhatsApp”da bir qrupu və ya söhbəti təmizləmək istədikdə ya hər şeyi silmək ya da mesajları bir-bir seçmək lazım idi.

Seçilən
27
1
metbuat.az

10Mənbələr