Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib.
Qeyd olunub ki, Axalayanın saxlanılması Tbilisidəki 4 oktyabr hadisələri ilə bağlıdır.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərindən sonra keçirilən aksiya prezident sarayı qarşısında iğtişaşlarla davam etdirilib. Etirazçılar prezident iqamətgahına basqına cəhd ediblər.
Xatırladaq ki, Baço Axalaya Gürcüstanın müdafiə naziri vəzifəsini 2009-2012-ci illərdə tutub