AZ

Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın Hokkaydo adasında 5,6 bal gücündə zəlzələ olub.

News365.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 239 min insanın yaşadığı Hatinoye (şimal Aomori prefekturası) şəhərindən 111 km şimal-şərqdə, ocağı isə 62 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı informasiya verilmir, sunami təhlükəsi elan olunmayıb.

Seçilən
67
news365.az

1Mənbələr