AZ

“Müəllim ya pedaqoqdur, ya fenomen – üçüncü yol yoxdur” - Sona Əliyeva

"Türkiyə Milli Təhsil Nazirliyinin fenomen müəllimlərlə bağlı atdığı addım təsadüfi deyil və bunu sadəcə inzibati yoxlama kimi qəbul etmək doğru olmaz. Bu qərarın arxasında təhsil sistemini birbaşa təhdid edən real risklər dayanır. Son illər sosial media ilə bağlı formalaşan yeni reallıq göstərdi ki, bəzi hallarda məktəb sinfi tədricən tədris məkanı olmaqdan çıxaraq nümayiş və kontent istehsalı sahəsinə çevrilir. Müəllimin əsas rolu öyrətmək, istiqamət vermək və tərbiyə etmək arxa plana keçir, ön plana isə izləyici sayı, baxış statistikası və şəxsi populyarlıq çıxır. Bu artıq fərdi seçim deyil, sistemin mahiyyətini dəyişən təhlükəli tendensiyadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.

Qeyd edək ki, Türkiyə Milli Təhsil Nazirliyi fenomen müəllimlər barədə yenidən tədbir görməyə başlayıb. Nazirlik CİMER və Əlaqə Mərkəzinə daxil olan çoxsaylı şikayətlərdən sonra sosial mediada izləyici sayı yüksək olan müəllim və rəhbər şəxslərin siyahısını 81 il üzrə təhsil idarələrindən tələb edib. Siyahıya daxil edilən şəxslərin sosial media hesabları araşdırılacaq və qaydalara zidd davranış aşkar edilərsə, barələrində intizam tədbirləri görüləcək. Müəllimlik Peşə Qanununa əsasən, şagirdlərin görüntüləri yalnız valideyn icazəsi ilə paylaşıla bilər. Qanuna zidd paylaşımlar edən müəllimlərə “töhmət” cəzası tətbiq olunacaq və bu cəza 5 il müddətində şəxsi iş sənədində saxlanılacaq.

Ekspert qeyd edib ki, nazirliyi hərəkətə keçirən əsas səbəblərdən biri uşaq hüquqlarının və valideyn etimadının zədələnməsidir.

Seçilən
39
aznews.az

1Mənbələr