AZ

79 yaşlı qadın 93 yaşlı kişinin mənzilini ƏLƏ KEÇİRDİ

79 yaşlı qadın 93 yaşlı kişinin mənzilini ələ keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Moskvada 79 yaşlı qadın mənzilə sahib olmaq məqsədilə 93 yaşlı kişi ilə evlənib və onun qohumlarını mirassız qoymağa çalışıb.

Təqaüdçü Molodoqvardeyskaya küçəsindəki mənzilin sahibi olub. Lakin ölümündən bir neçə gün əvvəl o, qəfildən peyda olan yaşlı sevgilisi ilə evlənmək qərarına gəlib.

Toydan cəmi 3 gün sonra bəy dünyasını dəyişib. Dəyəri 7 000 000 rubl (təxminən 119 000 manat) olan mənzil isə hiyləgər dul qadına qalıb. Mənzildə qeydiyyatda olan mərhumun qardaşı qızı yarım ildən sonra evdən çıxarılma barədə məhkəmə iddiası alıb.

Narazı qalan qohum polisə müraciət edib və orada ona bu qəribə nikah barədə məlumat verilib. Artıq yaşlı fırıldaqçı qadın ifadə verir. Faktla bağlı dələduzluğa cəhd maddəsi ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr