Gürcüstanda sabiq prezident Mixeil Saakaşvilinin dövründə müdafiə naziri olmuş Baçana Axalaya həbs olunub.
Publika.az xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Laşa Maqradze brifinqdə bildirib.
O qeyd edib ki, həbs səbəbi oktyabrın 4-də Tbilisidə prezident sarayına hücumun təşkili işi ilə bağlıdır,
“Məlum edilmiş sübutlara əsasən, oktyabrın 4-də baş verən hadisələrin baş təşkilatçısının şəxsiyyəti dəqiq təsdiqlənib. Buna görə də Baçana (Baço) Axalayın həbsi ilə bağlı qərar verilib”, — deyə xidmətdən bildirilib.
Qeyd edilib ki, sabiq nazirin həyat yoldaşı Ani Nadareişvili də saxlanılıb, daha sonra buraxılsa da, onun barəsində iş davam edir.