AZ

Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya oktyabrın 4-də Tbilisidə baş verən zorakı etirazlar və Prezident Sarayına hücum cəhdi iddiası ilə saxlanılıb.Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

DTX-nin açıqlamasına görə, Axalaya ilə yanaşı, həmin hadisələrlə bağlı onun həyat yoldaşının da ilkin mərhələdə saxlandığı, lakin daha sonra sərbəst buraxıldığı qeyd olunub.

Bildirilib ki, oktyabrın 4-də keçirilən etirazlar zamanı Axalaya internet vasitəsilə hadisələri idarə etməkdə və təşkil etməkdə təqsirləndirilir və o, mobil tətbiqlər vasitəsilə bir sıra digər saxlanılan şəxslərlə əlaqə saxlayıb.

Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri və daha sonra daxili işlər naziri vəzifələrində çalışıb.

Seçilən
13
1
anews.az

10Mənbələr