AZ

ABŞ sakini lotereyada 1,82 milyard dollar udub

Bakı. Trend:

ABŞ-nin Arkanzas ştatı sakini Milad gecəsi keçirilən Powerballlotereyasında 1,82 milyard dollarlıq cekpotu qazanıb.

Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi xəbərverib.

Məlumata əsasən, o, biletdəki altı lotereya nömrəsinin hamısınıtapıb.

Bu, ABŞ-də indiyə qədər qazanılan ikinci ən böyük lotereyacekpotu və "Powerball" üçün ən böyük cekpotdur. 2022-ci ilin noyabrayında Kaliforniyada 2,04 milyard dollarlıq cekpot qazanılıb.

Qalib olan şəxs mükafatın bütün məbləğini 29 illik ödənişlə vəya 834,9 milyon dollar birdəfəlik ödənişlə əldə edə bilər.

Qalibdən əlavə, səkkiz oyunçu beş ağ topun nömrələrini tapıb vəhər biri 1 milyon dollar qazanıb.

Seçilən
19
az.trend.az

1Mənbələr