AZ

Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusielçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni, sahibkar CaredKuşner ilə telefonla danışıb.

Trend-inməlumatına görə, bu barədə V.Zelenski "Telegram" kanalındayazıb.

"İşin bəzi əhəmiyyətli detallarını müzakirə etdik. Ortaqnəticəyə və davamlı sülhə doğru işləyə biləcək bəzi yaxşı fikirlərvar. Ümid edirəm ki, bu gün müzakirə etdiyimiz Milad razılaşmalarıvə ideyaları faydalı olacaq", - deyə o bildirib.

O, bu "ideyaların" məzmununu açıqlamasa da, əlavə edib ki,söhbət zamanı Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovvə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov,eləcə də Ukraynanın xarici işlər naziri Andrey Sibiha və onunmüavinləri Sergey Kislitsa, eləcə də V.Zelenskinin ofisininəməkdaşları İqor Brusilo və Aleksandr Bevz iştirak ediblər.

Seçilən
66
2
az.trend.az

4Mənbələr