AZ

Yük yeri açıq qalan maşın piyada keçidinə çırpıldı; 1 nəfər öldü VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Diqqətsiz sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Taylandda baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, yük yeri qaldırılmış vəziyyətdə qalan maşın hərəkətdə olan zaman dəmir konstruksiyalı yerüstü piyada keçidinə çırpılıb. Zərbənin təsirinə tab gətirə bilməyən keçid maşınların üzərinə düşüb. Qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan sürücü ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
avtosfer.az

1Mənbələr