AZ

Köhnə oyuncaqlar sizi ZƏHƏRLƏYƏ BİLƏR – Ekspertlərdən XƏBƏRDARLIQ

Köhnə oyuncaqlar sizi zəhərləyə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, ekspertlər sovet dövründən qalma köhnə oyuncaqların təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bildirilir ki, əvvəllər bu oyuncaqları xüsusi parıldayan boya ilə örtürdülər. O dövrdə insanlar kiçik radiasiya dozalarının belə təhlükəli olduğunu bilmirdilər.

Zaman keçdikcə həmin radiolüminessent örtük ovulub tökülməyə başlayır. Nəticədə radioaktiv toz əllərə, mebelə və havaya yayılır.

Bayram günlərində bu oyuncaqlardan istifadə etməklə real şüalanma almaq mümkündür.

Bu riskə baxmayaraq, həmin bəzək əşyalar hələ də sərbəst şəkildə satılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr