AZ

Ermənistan Azərbaycan bazarına məhsul tədarük etməyə hazırdır- Baş nazir Nikol Paşinyan

Hökumət iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Ermənistana mövcud ticarət axınına işarə edərək bildirib ki, Ermənistan tərəfi öz mallarının Azərbaycan bazarına tədarükünü təşkil etmək üçün addımlar atmağa hazırdır: “Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət tezliklə başlayacaq.”, – Nikol Paşinyan deyib.

Bəzi Azərbaycan məhsullarının Ermənistana məhdud tədarükü artıq başlayıb. Əsasən üçüncü ölkələr vasitəsilə, məsələn, bu yaxınlarda Azərbaycandan Gürcüstan vasitəsilə Ermənistana çatdırılan benzin göndərilib. Tam ticarət əlaqələrinin qurulması ikitərəfli münasibətlərin normallaşdırılması üçün danışıqlarda əsas mövzudur.

//Samir Qurbanov, Editor.az

Seçilən
35
editor.az

1Mənbələr