AZ

Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Kütahya əyalətində 23 məktəbli qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, Kütahyadakı bir məktəbdə şagirdlər ürəkbulanma və qusma şikayəti ilə həkimə müraciət ediblər. İlkin məlumata görə, onların səhhətinin pisləşməsi şokolad istehlakı ilə əlaqəli ola bilər.

Məktəb rəhbərliyi Təcili Yardım Mərkəzi ilə əlaqə saxlayıb, bundan sonra zərərçəkənlər tibb müəssisələrinə aparılıb. Şagirdlərin vəziyyəti stabildir.

Şübhəli məhsulların nümunələri götürülüb və hadisənin dəqiq səbəbini müəyyən etmək üçün laboratoriya müayinəsinə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
unikal.az

1Mənbələr