AZ

Ukrayna Rusiya mallarının idxalına qoyulan qadağanı bir il uzadıb

Bakı. Trend:

Ukrayna Nazirlər Kabineti Rusiyadan mal idxalına qoyulanqadağanı bir il müddətinə uzadıb.

Trend-inməlumatına görə, bu, Ukrayna hökumətinin saytında dərc olunmuş ikiqərardan irəli gəlir.

Onlardan biri müəyyən Rusiya mallarının idxalına qoyulanqadağanı 31 dekabr 2026-cı ilə qədər uzadır. Digəri isə Rusiyadangələn məhsullara tətbiq edilən rüsumları eyni müddətə uzadır.

Hər iki qərar 30 dekabr 2015-ci ildə qəbul edilib və o vaxtdanbəri bir neçə dəfə uzadılıb.

Qadağan olunmuş idxal məhsullarına ət, balıq, qəhvə, çay,şokolad və digər şirniyyat məhsulları, körpə qidası, ev heyvanlarıüçün yem, spirtli içkilər və siqaretlər daxildir. Qadağa həmçininbir neçə növ sənaye mallarına, nəqliyyat vasitələrinə, gübrələrə vəkənd təsərrüfatı məhsullarına da şamil edilir.

Məqalədə:
Seçilən
59
1
az.trend.az

4Mənbələr