AZ

Samuel Eto O Kamerun prezidenti olmaq istəməsi ilə bağlı iddialara cavab verib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Barselona" klubunun keçmiş futbolçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O siyasi ambisiyaları barədə gəzən şayiələrə münasibət bildirib.

Oxu.Az bu barədə "RMC Sport"a istinadən xəbər verir.

"Kamerun prezidenti olmaq? Bu sual bugünkü problemlərimin 99%-nin səbəbidir. Çünki insanlar mənim futbolçu olduğum dövrdən daha populyarlaşdığımı görürlər və öz-özlərinə deyirlər: "O, mütləq dövlət başçısı olmaq istəyir". Bu, mənim üçün, hətta dövlət başçısı olmaq imkanını gözləyən digərləri üçün də problemlər yaradır", - deyə o vurğulayıb.

Qeyd edək ki, 44 yaşlı Eto'O Kamerun yığmasının tarixində ən yaxşı bombardirdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
oxu.az

1Mənbələr