AZ

Türkiyədə terror aktı törətmək istəyən 115 nəfər saxlanılıb

ain.az, 525.az saytına istinadən bildirir.

İstanbulda əsasən qeyri-müsəlmanların iştirak edəcəyi yeni il şənliklərində terror aktı törətməyə hazırlaşan 115 nəfər saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul baş prokurorluğu sosial şəbəkə hesabında paylaşım edib.

Terror aktı törətmək istəyənlərin hamısı "İslam dövləti" terror qruplaşmasının üzvləridir. Polis tərəfindən 124 müxtəlif ünvanda axtarış aparılıb və xeyli silah, partlayıcı maddə və sənəd götürülüb. 

Qeyd edək ki, prokurorluğun məlumatına görə, terror aktlarının törədilməsində "İslam dövləti"nin 134 üzvü iştirak etməli imiş. Qalan 19 nəfərin axtarışı davam edir.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
525.az

1Mənbələr