AZ

Baş nazir: Gürcüstanda inqilab ssenarisinin təkrarlanmasına yol verilməyəcək

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gürcüstan dövləti bir, iki və yaxud üç il öncəkindən daha güclüdür və biz inqilab ssenarisinin təkrarlanmasına yol verməməyə hazırıq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, son dörd ildə Gürcüstanda dövlət çevrilişinə, inqilaba beş müxtəlif cəhd olub.

“Bu proseslərin hamısı xaricdən dəstəklənirdi və daxildən təşkil olunurdu. Onlarla insan törətdikləri konkret cinayət əməllərinə görə həbsxanaya düşdü”, - Kobaxidze əlavə edib.

Baş nazir oktyabrın 4-də ciddi cinayətin planlaşdırıldığını və konkret ssenarinin müzakirə olunduğunu qeyd edib:

“Həmin gün dövlət çevrilişinə cəhd oldu və uğursuzluqla nəticələndi. Müvafiq qurumlarımız çox səmərəli fəaliyyət göstərdi və biz bu çağırışın öhdəsindən asanlıqla gələ bildik. Əks halda həmin proseslər daha mürəkkəb şəkildə inkişaf edə bilərdi”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
apa.az

2Mənbələr