AZ

Həmkəndlisini öldürüb basdırdığı yerdə it damı tikib 2 il sonra üstü açılan cinayət (VİDEO)

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xaçmazda 2023-cü ildə itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən olunub.

"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.

Evini kirayə verən 38 yaşlı Əmirəddin Əkbərovun 50 yaşlı kirayənişin - Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi bildirilir.

Qətlə yetirilən və itkin düşdüyü bildirilən Əmirəddin Əkbərov aliment borcuna görə axtarışda imiş. O, 3 ilə yaxın müddət ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılıb. Əməliyyat tədbirləri nəticəsində onun 50 yaşlı Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi və meyitinin həyətdə basdırıldığı məlum olub.

Hadisə ilə bağlı Surəddin Həsənəliyev saxlanıb. Məlumata görə o, meyiti basdırdığı yerdə izi itirmək üçün it üçün yuva düzəldibmiş.

Mərhumun meyiti basdırıldığı yerdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
2
unikal.az

5Mənbələr