AZ

Moskvadan Bakıya qarşı hansı təxribat gözlənilir? Türkiyəli ekspertdən ilginc PROQNOZ

ain.az bildirir, GlobalInfo portalına istinadən.

2025-ci il dekabrın 25-də AZAL təyyarəsinin hərbi müdaxilə səbəbindən Aktau şəhərində qəzaya uğraması regionda yeni mənzərənin əsasını qoydu. Bu dövr ərzində Rusiyaya qarşı tutduğu mövqe Azərbaycan dövlətinin gücünü, iradəsini, prinsipiallığını tam mənası ilə ortaya qoydu. Son proseslər fonunda yaranan gərginlik münasibətlərin gələcəyi ilə bağlı bəzi narahatlıqları yenidən gündəmə gətirib.

Moskva Bakıya qarşı hər hansı təxribatçı addım ata bilərmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib ki, Rusiya Ukrayna ilə müharibə vəziyyətində olduğu üçün Azərbaycanla birbaşa qarşıdurmaya cəsarət edə bilməz:

“Azərbaycanla Rusiya arasındakı münasibətlərin gələcəkdə yaxşılaşması ehtimalı var. Rusiyanın gücü artıq Ukraynadakı müharibəyə görə xeyli zəifləyib. Ermənistan-Azərbaycan müharibəsindəki qələbəsindən sonra Azərbaycanın gücünü Rusiya və digər qonşu ölkələr də görüblər.

İsmail Cingöz

Rusiya əvvəlcə azərbaycanlı miqrantlar kartından istifadə etdi, amma sonra geri çəkildi. Azərbaycanla daha artıq konfrantasiya yaratmağa cəsarət edə bilmədiyinə görə onun hazırda bu kartı tətbiq etmək üçün nə vasitəsi, nə də imkanı var. Rusiyanın regional və beynəlxalq səviyyədə zəiflədiyi kifayət qədər aydındır və bunu daha çox büruzə verməmək  üçün Azərbaycanla birbaşa qarşıdurmaya girməyəcək. Çünki bunu etməsi Türkiyə ilə də qarşıdurmaya girməsi deməkdir. Düşünürəm ki, Rusiya növbəti addımda Azərbaycana qarşı mövqeyini daha da sərtləşdirməyəcək. Çünki bu, onun Türk Dövlətləri Təşkilatı ilə də konfrantasiyasına səbəb ola bilər”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr