ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Geqam Gevorkyan Azərbaycan benzininin Ölkəyə idxalına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, Azərbaycan benzininin keyfiyyəti ilə bağlı yayılan şayiələri təkzib edib.
Azərbaycanın benzini guya üçüncü ölkədən alıb reekspot (təkrar emal) etdiyi barədə yayılan şayiələri şərh edən Gevorkyan deyib:
“Bu, Azərbaycan istehsalı olan benzindir və biz onun keyfiyyəti ilə bağlı hər hansı şikayət eşitməmişik. Bütün idxalçılar eyni standart prosedurdan keçir, laborator analiz aparılır. Əgər keyfiyyətlə bağlı problem yaransaydı, həmin yanacaq ölkəyə daxil olmazdı”.
O, həmçinin bəzi iri idxalçıların guya məcburi şəkildə Azərbaycan benzinini alıb Ermənistanda satmağa məcbur edildikləri ilə bağlı iddiaları əsassız adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.