AZ

Müharibə dayansa, Azərbaycan hərbçiləri ora girə bilər Müəmma böyüyür

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Azərbaycanın Qəzza zolağına sülhməramlı kontingent göndərməyə razılıq verdiyini bildirib. Bundan əvvəl rəsmi Bakı məsələnin həssas olduğunu, birliyə müvafiq suallar ünvanlandığını və cavab gözlədiyini açıqlamışdı.

Qəzza ilə bağlı prosesə Azərbaycanın cəlbi nədən xəbər verir? Bu, Bakıya nə kimi üstünlüklər gətirə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Elşən Mustafayev deyib ki, Azərbaycanın BMT mandatı altında sülhməramlı missiya həyata keçirmək təcrübəsi var:

“Adətən bu missiya ABŞ hərbi kontingenti içində olub. Qəzza ilə bağlı da Azərbaycana müraciət olunub. Əslində, istənilən sülh prosesinin yaradılması ilə bağlı kampaniyada Azərbaycan iştirak edə bilər və düşünürəm ki, etməlidir də. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasına təkan verə biləcək addımdır.

Elşən Mustafayev

Azərbaycana bu məsələ ilə bağlı müraciət olunub, amma hələ konkret cavab verilməyib. Amma bildiyim qədər bölgədə təhlükəsizlik məsələsi əsas gətirilərək bu istiqamətdə danışıqlar davam edir. Burada Türkiyə ilə də çox güman ki, məsləhətləşmələr olacaq. İstənilən halda hesab edirəm ki, Qəzza ilə bağlı sülh planı işə düşsə, yəni bölgədə terror, atəş dayandırılsa və digər ərəb dövlətləri bu planı dəstəkləsə, Azərbaycan məmnuniyyətlə orada iştirak edəcək”.

Ekspert qeyd edib ki, ABŞ Azərbaycanın bu missiyada iştirak etməsini istəyir:

“Bu, həm də bölgə insanının etimadı məsələsinə söykənə bilər. Əhalisinin 95%-dən çoxu müsəlman olan bir ölkədən sülh məqsədli missiyalara bölgə əhalisinin münasibəti də nəzərə alınır.

Digər mühüm məsələ odur ki, Azərbaycan hərbçilərinin NATO əsgərləri ilə birgə belə bir missiya həyata keçirməsi gələcək əməkdaşlıqlar üçün böyük təcrübə qazandıracaq”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
globalinfo.az

1Mənbələr