AZ

Rəhmətlik Hökumə Əliyeva hamıya komanda verdi ki… qəzanın şahidləri danışdı VİDEO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalan ata və oğul – Tofiq Dərvişov və Samir Dərvişov yaşadıqları dəhşətli anları xatırlayıblar.

Globalinfo.az xəbər verir ki, Dərvişovlar ailəsi yeni ili Qazaxıstanda – böyük oğulları və nəvələri ilə birlikdə qarşılamaq üçün səfərə çıxıb.

Tofiq Dərvişov bildirib ki, hadisədən bir neçə dəqiqə əvvəl oğlu qardaşı ilə görüntülü danışıb:

“Oğlum dedi qardaşıma zəng eləmişəm. Salamlaşdıq, əl elədim ki, beş dəqiqəyə görüşərik. Telefon söndü. Elə həmin an sanki hər şey dəyişdi…”

Onun sözlərinə görə, qəfil səsdən sonra təyyarədə təşviş yaranıb, baqaj bölmələri açılıb, sərnişinlər yerindən qalxmağa başlayıb:

“Birinci güclü səs gəldi. Sonra ikinci partlayış oldu. Havalandırma sistemləri dağıldı. Rəhmətlik Hökumə Əliyeva hamıya komanda verdi ki, maskaları taxın. Təyyarə enmək istəyirdi, amma enə bilmirdi…”

Təyyarə yerə düşdükdən sonra ata ilk olaraq oğlunu səsləyib. Samir Dərvişovun sağ olduğunu eşidəndə nisbətən rahatladığını bildirib.

Qeyd edək ki, qəza ilə bağlı istintaq davam edir.

Daha ətraflı İctimai Televiziyanın süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
globalinfo.az

1Mənbələr