AZ

Almaniyada sosial tənhalığa qarşı ümummilli fond yaradıla bilər

BAKI, 26 dekabr. TELEQRAF

Almaniya şəhərlər və kommunalar assosiasiyasının rəhbəri Andre Berqxegger ölkə hökumətini tənhalıqla mübarizə məqsədilə ümummilli fond yaratmağa çağırıb və bunun üçün 500 milyon avro ayrılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "Berliner Morgenpost" qəzeti məlumat yayıb.

Məlumata görə, assosiasiya Almaniyanı yaxın illərdə gözləyən “tənhalıq onilliyi” barədə xəbərdarlıq edərək, sosial infrastruktur sahəsinə daha genişmiqyaslı investisiyaların zəruri olduğunu vurğulayıb.

Berqxegger bildirib ki, könüllülük fəaliyyəti mühüm rol oynasa da, bütün problemləri həll etməyə qadir deyil. Onun sözlərinə görə, yaradılması təklif olunan fond mövcud qanunvericilik dövrü ərzində 500 milyon avro ilə təmin olunmalıdır.

Seçilən
70
teleqraf.com

1Mənbələr