ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
ABŞ-nin İllinoys ştatının Neypervill şəhər sakini Erik Kleybl təxminən 20 min diş çöpündən 5.27 metr hündürlüyündə Eyfel qülləsinin maketini hazırlayaraq dünya rekordu müəyyənləşdirib.
Oxu.Az bu barədə UPI nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Erik Kleybl 2021-ci ildə 12 yaşında olarkən dondurma çubuqlarından 6 metrdən hündür qüllə inşa edərək ilk dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Daha sonra onun rekordu qırılsa da, Kleybl bu ilin oktyabrında yeni materialdan - diş çöpündən istifadə etməklə rekordunu geri qaytarıb.
O, konstruksiyanı yalnız diş çöpü və yapışqan vasitəsilə hazırlayıb. Nəticədə 5.27 metr hündürlüyündə Eyfel qülləsi maketi rəsmi şəkildə yeni dünya rekordu kimi qeydə alınıb.






Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.