AZ

Britaniya FTB dən şahzadə Endryu ilə bağlı mümkün cinayətlərə dair məlumatları tələb edəcək

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın Surrey qraflığının polisi kral III Çarlzın qardaşı şahzadə Endryu Mauntbatten-Vindzorun uşaqlara qarşı zorakılıq faktlarının baş verdiyi iddia olunan məclislərdə mümkün iştirakı ilə bağlı məlumat əldə etmək üçün ABŞ-ın Federal Təhqiqat Bürosuna (FTB) müraciət edəcək.

APA xəbər verri ki, bu barədə The Times qəzeti məlumat yayıb.

Belə bir addımın atılmasına səbəb amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə açıqlanan sənədlər olub. Həmin materiallarda guya İngiltərədə şahzadə Endryunun iştirakı ilə törədilmiş cinayətlərdən bəhs edilir.

Surrey polisi bildirib ki, bu iddialarla bağlı indiyədək qraflıq polisinin ünvanına hər hansı rəsmi müraciət daxil olmayıb. Buna görə də hüquq-mühafizə orqanları senzura olunmuş materiallara çıxış əldə etmək üçün xarici qurumlara müraciət edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
1
apa.az

2Mənbələr