AZ

Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında baş verən qasırğa nəticəsində ənazı üç nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Forbes" jurnalı xəbərverib.

Ştatın cənubunda yağışlı hava şəraiti hökm sürüb, əsən güclüküləyin sürəti 40 m/s-dən çoxdur. Kaliforniyanın şimalında isəgüclü qar yağışı müşahidə olunur.

Əlverişsiz hava şəraiti səbəbindən Milad ərəfəsində ştatda 110mindən çox müştəri işıqsız qalıb. Kaliforniya qubernatoru QevinNyusom Los-Ancelesdə və ətraf ərazilərdə fövqəladə vəziyyət elanedib.

Seçilən
53
az.trend.az

1Mənbələr