AZ

ABŞ qüvvələri Nigeriyada İŞİD silahlılarına zərbələr endirib - Tramp

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri Nigeriya ərazisindəki İŞİD terrorçuqruplaşmasının silahlılarına zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp"X" sosial şəbəkəsində yazıb.

"Bu gecə, Ali Baş Komandan olaraq mənim əmrlərimlə, ABŞNigeriyanın şimal-qərbində əsasən günahsız xristianları illərdir,hətta əsrlərdir görünməmiş miqyasda vəhşicəsinə qətlə yetirən İŞİDsilahlılarına qarşı güclü və ölümcül zərbə endirib", - deyə ABŞprezidenti bildirib.

"Mən əvvəllər bu terrorçulara xəbərdarlıq etmişdim ki, əgərxristianları öldürməyi dayandırmasalar, onlar üçün çox baha başagələcək və bu gecə də belə oldu.", - deyə D.Tramp əlavə edib.

Pentaqon rəhbrəi Pit Heqset "X" sosial şəbəkəsində Nigeriyahakimiyyətinə "dəstək və əməkdaşlığa" görə minnətdarlığınıbildirib. İŞİD silahlılarına qarşı əlavə zərbələrin endirilməsiehtimalına gəldikdə, o, "bunun davam olacaq" qeyd etsə də,təfərrüatlar barədə məlumat verməyib.

Seçilən
39
1
az.trend.az

2Mənbələr