AZ

ABŞ də azyaşlı oğlan məşhur filmin qəhrəmanı kimi evini qoruyub

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-nin Nyu-York ştatının Lonq-Aylend şəhərində yaşayan 12 yaşlı oğlan məşhur "Evdə tək" filminin qəhrəmanı Kevin Makkalister kimi davranaraq öz evinin qarət olunmasının qarşısını alıb.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Məlumata görə, uşaq evdə tək olub. O, mətbəxdə şüşələrin sınmasını və addım səslərini eşidib. Uşaq pəncərədən həyətə tullanaraq içəriyə kimin girdiyini öyrənməyə qərar verib və içəridə evsiz bir adam görüb.

Uşaq həyətdə gizlənməyə və polisə zəng etməyə qərar verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və oğrunu həbs ediblər. Oğlan baş verənləri telefonda anasına da danışıb. Qadının sözlərinə görə, əvvəlcə oğlunun zarafat etdiyini düşünüb, çünki uşaq onunla sakit tərzdə danışıb.

"Elə o məqamda o, telefonu polisə verdi və yalnız bundan sonra onun ciddi olduğunu anladım", - deyə uşağın anası qeyd edib.

Qadın, həmçinin bildirib ki, uşaq ən çox Milad hədiyyələrinin təhlükəsizliyindən narahat olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
oxu.az

1Mənbələr