AZ

İranın İraqa qaz tədarükünün dayandırılması səbəbi açıqlanıb

Bakı. Trend:

İran hakimiyyəti qonşu İraqa qaz tədarükünün tamamilədayandırılmasının əsas səbəbləri kimi qış dövründə havalarınsoyumasını və texniki problemləri göstərib.

Trend-inməlumatına görə, bu barədə İraq Energerika Nazirliyi bildirib.

"İran tərəfinin məlumatına əsasən, qaz ixracının dayandırılması[İranda] daxili tələbatın artması ilə əlaqədar olaraq texnikisəbəblər və qış soyuğunun başlaması ilə şərtləndirilib", - deyənazirliyin mətbuat katibi Əhməd Musa bildirib.

O əlavə edib ki, İranın qaz təchizatı “onsuz da kifayət deyildivə [idxal dayandırılmadan əvvəl] razılaşdırılmış 25 milyonkubmetrdən gündə 5 milyon kubmetrə qədər olub”.

Buna görə də, Ə.Musa qeyd edib ki, "ölkənin paytaxtı Bağdad vəmərkəzi bölgələri artıq İrandan qazla təmin olunmurdu və xammalyalnız cənub bölgələrində paylanırdı".

İraq nazirliyinin mətbuat katibi belə bir nəticəyə gəldi ki,"əgər İran həqiqətən soyuq hava səbəbindən təchizatı dayandırsa,bu, bütün qış [İraqda] İran qazının olmayacağı anlamına gələbilər".

Seçilən
88
1
az.trend.az

2Mənbələr