AZ

Putin Zaporojye AES lə bağlı mövqeyini elan etdi

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya və ABŞ Ukraynanın iştirakı olmadan Zaporojye Atom Elektrik Stansiyasının (AES) birgə idarə olunması imkanlarını müzakirə edirlər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin əlavə edib ki, Ukrayna stansiyanın idarə olunmasında iştirak etməyəcək.

O bildirib ki, ABŞ-ın təşəbbüsü ilə Zaporojye AES-dən Ukraynaya elektrik enerjisi tədarükü imkanı nəzərdən keçirilir.

Putin vurğulayıb ki, ukraynalı mütəxəssislər Zaporojye AES-də işləməyə davam edirlər, lakin onların hamısı Rusiya pasportları alıb.

Qeyd edək ki, dekabrın 24-də Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna sülh planının 20 bəndini sadalayıb. Bu bəndlər sırasında Ukraynanın kompromis təklifi belədir ki, ABŞ və Ukrayna arasında 50/50 nisbətində bölünmə nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
axar.az

1Mənbələr