Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
2025-ci il həm siyasi, həm də iqtisadi baxımdan uğursuz il oldu.
Bu sözləri Axar.az-a açıqlamasında ekspert Samir Hümbətov İtaliya Baş naziri Corciya Meloninin “2025-ci il gərgin keçdi, amma narahat olmayın, 2026 daha pis olacaq” fikrinə münasibət bildirərkən deyib.
“Meloninin fikrinə əsas səbəb budur ki, Avropa Birliyi Rusiya-Ukrayna müharibəsində ciddi itkilərlə üzləşdi. Eyni zamanda, iqtisadi çətinliklə üz-üzə qaldı.
2026-nı ona görə pis görür ki, böhran davam edəcək. 2026-nın sonu, 2027-nin əvvəlindən başlayaraq, dünyada iqtisadi vəziyyət daha da ağırlaşacaq. Bu da Avropa Birliyindən yan keçməyəcək. Qarşıda bizi çox böyük dünya böhranı gözləyir. 2008-ci ildə olduğu kimi… Bu olacaqsa, dünyanın çox ciddi problemlərlə üz-üzə qalmaq ehtimalı var”, - S.Hümbətov vurğulayıb.
Ekspertin fikrincə, Rusiya-Ukrayna müharibəsi həll olunmadıqca, bu problemlər də böyüyür.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.