AZ

Çinli mühəndislər elektromaqnit platformada yeni sürət rekordu qırdı

Çinli mühəndislər yeni dünya rekordu qıraraq elektromaqnit dartma qüvvəsindən istifadə edən platformanı cəmi iki saniyədə 700 km/saat sürətə çatdırıblar.

Doğru.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Platforma 400 metrlik sınaq yolunda saatda 700 km sürətlənərək dayanıb. TASS-ın istinad etdiyi hesabatda bildirilir ki, texnologiya Çinin mərkəzindəki Çanşa şəhərində yerləşən Müdafiə Elm və Texnologiya Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Daha əvvəl Çin həkimləri ilk əməliyyatı 4.200 km-dən çox məsafədə olan bir xəstə üzərində həyata keçirmişdilər.

DOĞRU.AZ

Seçilən
30
1
dogru.az

2Mənbələr