AZ

Xüsusilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı. Trend:

Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıqnarkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, narkotik vasitəölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yüküaparan nəqliyyat vasitəsində aşkarlanıb.

Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilərmüşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinintətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.

Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindəngizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitəhəşiş və 89 kiloqram 705 qram narkotik vasitə-marixuana aşkaredilib.

Seçilən
73
42
az.trend.az

10Mənbələr