AZ

ABŞ-də 400 min dollarlıq lobster partiyası oğurlandı

ABŞ-nin klub mərkəzli topdansatış hipermarketi olan "Costco" üçün nəzərdə tutulan 400 000 dollar məbləğində canlı lobster (iri dəniz xərçəngi) partiyası oğurlanıb.

Publika.az xəbər verir ki, "Fox News" bu barədə mənbələrə istinadən xəbər yayıb.

Telekanalın istinad etdiyi logistika şirkəti "Rexing Companies"in baş direktoru Dilan Reksinq qeyd edib ki, lobster partiyası Massaçusets ştatının Taunton şəhərindən İllinoys və Minnesota ştatlarındakı "Costco" mağazalarına göndərilib, lakin təyinat yerinə çatmayıb. Reksinq həmçinin oğurluğu mütəşəkkil cinayətkar qrup törətmiş ola biləcəyi versiyasını irəli sürüb.

Seçilən
17
2
publika.az

3Mənbələr