AZ

Potensial Sumqayıt Mütəxəssislər Birliyi sosial və ekoloji layihələrlə ili yekunlaşdırdı

"Potensial Sumqayıt Mütəxəssislər Birliyi 2025-ci ili ardıcıl və məqsədyönlü fəaliyyətlərlə başa vurub".

Bu fikri Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev QHT.az-a bildirib. Onun sözlərinə görə, bu il Potensial Sumqayıt Mütəxəssislər Birliyi üçün ardıcıl və məqsədyönlü fəaliyyətlərlə yadda qaldı. Təşkilat olaraq müəyyən etdiyimiz prioritet sahələr üzrə işlərimizi uğurla davam etdirdik və bu istiqamətlərdə real nəticələr əldə olunub:

"Xüsusilə qeyd etmək istərdim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Şuşa və Xankəndi şəhərlərində keçirdiyi yüksək səviyyəli tədbirlərdə iştirakımız bizim üçün mühüm təcrübə oldu. Bu tədbirlər Qarabağda vətəndaş cəmiyyətinin proseslərə birbaşa cəlb olunduğunu bir daha göstərdi.

Eyni zamanda, Sumqayıt şəhərində ekoloji düşüncənin formalaşdırılması, eləcə də uşaqların sağlamlığının qorunması istiqamətində layihə və maarifləndirici fəaliyyətlərimizi davam etdirdik. Görülən işlərin yalnız icra ilə məhdudlaşmaması üçün sosial şəbəkələr üzərindən geniş ictimaiyyətə mütəmadi məlumat verdik və ictimai dəstəyi artırmağa çalışdıq".

Seçilən
63
qht.az

1Mənbələr