AZ

ABŞ Kamboca–Tayland münaqişəsində vasitəçi olmağa hazırdır

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Kamboca ilə Tayland arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu təsdiqləyib.

Doğru.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott açıqlama verib.

Məlumata görə, Marko Rubio Kambocanın Baş naziri Hun Manet ilə telefon danışığı apararaq iki ölkə arasında mövcud münaqişə ilə bağlı narahatlığını ifadə edib.

RİA Novosti Dövlət Departamentinin bəyanatından sitat gətirir:

“Dövlət katibi Rubio Prezident Donald Trampın sülhə sadiqliyini və Kuala Lumpur Sülh Sazişlərinin tam şəkildə həyata keçirilməsinin vacibliyini bir daha vurğuladı”.

Rubio həmçinin ABŞ-ın Kamboca və Tayland arasında sülhün və regional sabitliyin təmin olunması məqsədilə danışıqlar prosesini asanlaşdırmağa hazır olduğunu bir daha bəyan edib.

DOĞRU.AZ

Seçilən
38
1
dogru.az

2Mənbələr