AZ

Çempionşip klubu hücumçusuna görə 200 milyon tələb etdi

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Vest Hem"  qış transfer dönəmində hücum xəttini gücləndirmək yönündə çalışmaları davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. 

Mənbənin sözlərinə görə, "çəkicdöyənlər" "Vulverhempton"un forvardı Yorgen Larsenlə maraqlanır. Lakin "Kristal Pelas" da hücumçunu "rənglərinə bağlamağı" düşünür. Hətta futbolçuya görə qarşı tərəfə 55 milyon funt sterlinq (64,4 milyon avro) təklif də göndərib. "Vest Hem"in siyahısında "Koventri"nin oyunçusu Ellis Simms də var. Çempionşip lideri isə əsas oyunçularından biri ilə ayrılmaq istəmir.

London klubu Hacı Rayt üçün də "Koventri"yə təklif göndərib. Ancaq qarşı tərəf bu mövsüm 18 matçda 8 qol vuran ABŞ millisinin hücumçusu üçün 200 milyon funt sterlinq (təxminən 234 milyon avro) təzminat tələb edib ki, bu da keçidi mümkünsüz edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
sport24.az

1Mənbələr