Avropa Xalq Partiyasının (APP) lideri və onun Avropa Parlamentindəki (AP) qrupunun rəhbəri Manfred Veber Avropa İttifaqının (Aİ) bayrağı altında Ukraynaya alman qoşunlarının göndərilməsini təklif edib...
Poliqon bu barədə “Die Zeit” qəzetinə istinadən xəbər verir.
Deputatın fikrincə, Avropa Ukraynanın təhlükəsizliyinin təmin edilməsində məsuliyyətli rol oynamalıdır.
"Ümid edirəm ki, o zaman söhbət milli deyil, Avropanın əməliyyat strukturları haqqında olacaq. İstəyirəm ki, geyimlərində Avropa bayrağı olan hərbçilər ukraynalı dostlarımızla bərabər sülhü təmin etsinlər", Veber deyib.
Poliqon.info