AZ

COP31 in Prezidenti elan edilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Türkiyədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum UNFCCC COP31-in Prezidenti təyin edilib.

Rəsmi qəzetdə dərc olunan qərara əsasən, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada, EXPO sərgi məkanında keçiriləcək.

Qeyd edilib ki, COP31 çərçivəsində iqlim fəaliyyəti üzrə daha qətiyyətli və məqsədyönlü addımların atılması planlaşdırılır. Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti COP31 üçün Antalyada qarşılamağa hazır olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
21
azertag.az

10Mənbələr