AZ

“Qrantyeyən” stereotipləri artıq QHT-lərin üzərindən götürülüb - AÇIQLAMA

2025-ci il Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətində mühüm dəyişikliklərlə yadda qalıb. Bu il ərzində klassik lokal və sahəvi fəallıqdan daha çox rəqəmsal platformalar, yerli təşəbbüslər və şəbəkə əsaslı kampaniyalar ön plana çıxıb.

Bunu "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2025-ci il vətəndaş cəmiyyəti institutları üçün əsasən yenidənqurma, təkmilləşdirmə və sahəvi fəaliyyətin gücləndirilməsi dövrü olub. QHT-lər daha çox sosial, iqtisadi və hüquqi sahələrdə dövlət siyasətinə dəstək yönümlü layihə və tədbirlərlə çıxış ediblər. Layihələrdə beynəlxalq əməkdaşlıq, media və texnologiyadan istifadəyə xüsusi önəm verilib.

Əhməd Abbasbəyli qeyd edib ki, cəmiyyət daxilində uzun illər formalaşmış və QHT-lərin nüfuzuna xələl gətirən “qrantyeyənlər”, “xaricə işləyənlər” kimi neqativ yanaşmalar artıq aktuallığını itirib:

"Media və sosial şəbəkələr vasitəsilə ictimai müzakirələrin genişlənməsi, informasiya əlçatanlığının artması vətəndaş cəmiyyətinin mövqelərinin möhkəmlənməsinə şərait yaradıb. Bununla yanaşı, ictimai iştirakçılıq sahəsində müəyyən irəliləyişlər müşahidə olunsa da, hələ də ciddi problemlər qalmaqdadır. Xüsusilə də ictimai iştirakçılığın bütün formalarından istifadə, İctimai Şuraların təşkili və s. bağlı ciddi islahatların aparılmasına ehtiyac var. Ümumiyyətlə bu proseslərdə QHT-lərin özünün iştirakı və təşəbbüskarlığı ilə bağlı ciddi islahatlara ehtiyacı var".

Seçilən
38
qht.az

1Mənbələr