Amerikalı maliyyəçi Ceffri Epşteyn Nyu-Yorkdakı evində şkafda rus dilində “Барин” yazısı olan baş geyimi, tac formasında papaq, başmaqlı ayaqqabılar və keçə çəkmələr saxlayıb.
Publika.az xəbər verir ki, bu, ABŞ Ədliyyə Nazirliyinin yayımladığı materiallarda göstərilir.
Məlumatlara görə, Epşteyn müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan geyim və ayaqqabıları saxlayırdı. Bir fotoda bir neçə cüt hörmə ayaqqabı – keçə çəkmələr əks olunub.
Ədliyyə Nazirliyi Epşteyn işi üzrə materialların bir hissəsini 20 dekabrda yayımlayıb. Ümumilikdə təxminən 3965 fayl var, onların çoxu fotoşəkillərdir. Ümumi məlumat həcmi 3 GB təşkil edir. Materiallar dörd qrupa bölünüb. Bəzi fayllar ayrı-ayrı şəkillərdən, digərləri isə çoxsəhifəli sənədlərdən ibarətdir.