Bakının bir sıra yollarında tıxac yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
6. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
7. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
8. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.