ABŞ Prezidenti Donald Tramp qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı materialların dərc olunması fonunda demokratlara xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb.
O, bildirib ki, bu Milad onlar üçün sonuncu ola bilər.
Onun sözlərinə görə, “uğursuzlar yenidən iş başındadır”, lakin bu dəfə onların günahsız dostları ciddi zərər görəcək və nüfuz itkisi ilə üzləşəcək. ABŞ prezidenti əlavə edib ki, təəssüf ki, demokratların korrupsiyalaşmış siyasət dünyası belədir.
“Bəlkə də sizin üçün sonuncu olacaq xoşbəxt Miladdan zövq alın!” - deyə Tramp qeyd edib.