Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AZAL təyyarəsinin vurulması məsələsi Azərbaycan və Rusiya arasında gərginlik mənbəyi olaraq qalır.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Rusiya prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevdən hadisənin baş verməsi ilə əlaqəli iki dəfə üzr istəməsinə baxmayaraq hələ də tələb olunan təzminatı ödəməməsi və rəsmi üzr istəməməsi Azərbaycan tərəfində narazılıq yaradır. Görünən odur ki, Rusiyanın bu addımı atmamasının səbəbi istintaqın nəticəsinin rəsmi açıqlanmasını gözləməsidir.
Hesab edirəm ki, rəsmi şəkildə qəzanın səbəbinin elanından sonra Rusiya bu addımı atacaq. Təbii ki, nəticənin açıqlanmasının uzanması haqlı narazılıq yaradır. Rusiya bunu nəzərə almalıdır. Təzminatın ödənilməsi iki ölkə arasında olan bu gərginliyi əsaslı şəkildə azalda bilər. Rusiya əgər Azərbaycanla gərginlikdə maraqlı deyilsə, hansı ki, hesab edirik ki, bu belədir, onda təzminat və üzr istəmək məsələsini tezləşdirməlidir".
Cavid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.